Avropa Birliyinin (AB) Copernicus peyk izləmə sistemi 2024-cü ilin ən isti il kimi qeydə alındığını açıqlayıb.
Kopernik tərəfindən edilən açıqlamaya görə, 2024-cü il 1850-ci ilə aid qlobal temperatur rekordlarında ən isti il olub.
Qlobal orta temperatur 15,10 dərəcə 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə yüksək olub.
Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən "sənayedən əvvəlki dövr"ün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il oldu. 2023-cü il qeyd olunan orta göstəricini 1,48 dərəcə üstələyib.
2024-cü il iyulun 22-də 17,16 dərəcə ilə gündəlik qlobal orta temperaturun yeni rekordu qeydə alınıb.
2024-cü ilin yanvarından iyun ayına qədər hər ay əvvəlki ilin eyni ayına nisbətən daha isti olub.
2024-cü ilin yayı həm də tarixdə ən isti yay olub.