“Tottenhem Hotspur”un futbolçusu Rodriqo Bentankur “Liverpul”la oyunun ilk dəqiqələrində huşunu itirib.
Ucnoqta.az xəbər verir ki, uruqvaylı topu başla vurmaq cəhdinin uğursuzluğundan sonra huşunu itirib və o, meydançaya yıxılıb.
İngiltərə Liqa Kuboku matçı bu səbəbdən 9 dəqiqə dayandırılıb. Yarımmüdafiəçi yalnız özünə gələndən sonra xərəkdə meydandan çıxarılıb.
Bu mövsüm Bentankur ikinci dəfədir ki, kəllə-beyin travması ilə oyunu tərk edir.