Moskva Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistanın regionda gərginliyin artmasına görə bir-birini ittiham etməsinə münasibət bildirərkən deyib.
O, Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını vurğulayıb.
"Və biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilənlik, qarşılıqlı inam və təhlükəsizlik mühitinin olmasını istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla öz yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Və biz bu münasibətləri daha da inkişaf etdirmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - Kreml nümayəndəsi bildirib.