Yanğınlarla mübarizəyə 400-ə yaxın məhbus göndərilib

14:47 - 9 Yanvar 2025 - DÜNYA

ABŞ-ın Kaliforniya ştatının hakimiyyət orqanları ştatda meşə yanğınları ilə mübarizə üçün 395 məhbus göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti Kaliforniyanın İslah və Reabilitasiya Departamentinə (CDCR) istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, 2000 Kaliforniya yanğınsöndürən ilə birlikdə hakimiyyət məhbuslardan ibarət 29 komanda göndərib.
Komandaya xırda cinayətlər törətmiş insanlar daxildir.

Kaliforniya Yanğın Xidmətinin məlumatına görə, Los-Anceles qraflığında yanğınların ümumi sahəsi təxminən 11 min hektara çatıb. Yanğın 1000-dən çox binanı məhv edib, azı 5 nəfər həlak olub.

Xəbər xətti