Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun binasındakı bayraq dirəklərindən Avropa İttifaqı və ölkənin bayraqları götürülüb.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Nümayəndəliyin fəaliyyəti 2025-ci il yanvarın 10-dək dayandırılacaq. 5 dekabr 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyi Polşanın Poznandakı Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq Baş Konsulluğun işinin dayandırılması barədə nota ilə Varşavanı xəbərdar edib.
Həmçinin, 5-ci Sovetskaya küçəsindəki binanın fasadından diplomatik nümayəndəliyin girişinin yanında yerləşən Baş Konsulluq lövhəsi sökülüb.