İspaniya hüquq-mühafizə orqanları Barselona limanında 1,1 tondan çox kokain müsadirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, narkotiklər noxud torbalarında gizlədilib. Yük Meksikadan gəlib və konteynerin son təyinatı İsrail olub.
Konteynerin qanuni alıcısının cinayətkarların içərisində narkotik maddə gizlətdiklərindən xəbərsiz olduğu bildirilir.