ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki evi Kaliforniyada baş verən meşə yanğını səbəbindən təxliyə zonasına daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Güclü külək yanğınları gücləndirdikdən sonra Harrisin evinin yerləşdiyi ərazi evakuasiya zonası elan edilib.
Vitse-prezidentin özü hazırda Vaşinqtondadır.
Ev 350 kv. m Los Angeles ərazisində 2012-ci ildə Harrisin əri, hüquqşünas Duqlas Emhoff tərəfindən alınıb.
Hovuzlu dörd yataq otağı olan Harris evi 2024-cü ildə 5 milyon dollar dəyərində qiymətləndirilib.