Dəməşq hava limanı 2024-cü il dekabrın 8-dən bəri ilk dəfə müntəzəm beynəlxalq uçuşların gəlişi və gedişi üçün açılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hava limanının informasiya xidmətindən məlumat verilib.
Agentliyin həmsöhbəti əmirliyin milli aviaşirkəti "Qatar Airways"in Dohadan uçuşunun gözlənildiyini deyib.
Qətər tərəfi yanvarın 2-də bu marşrut üzrə həftədə üç dəfə standart tezlikdə uçuşların bərpa olunacağını açıqlayıb. Bundan başqa, hava limanı səhər saatlarında Ər-Riyaddan yük təyyarəsi qəbul edib.
Həmçinin, Suriya Hava Yolları milli aviaşirkətinin məlumatına görə, Dəməşq və Dubay arasında uçuşlar yanvarın 7-də açılacaq.
Suriyanın başqa bir aviadaşıyıcısı “Cham Wings” Şarjaya gündəlik uçuşları bərpa edir.