Rusiya səfirliyinin nümayəndəsi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini bildirdikdən sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tatyana Barak Telegram kanalında məlumat verib.
Məlumata görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.