Hindistanın baş naziri Narendra Modi fevralda Fransaya səfər etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, "The Hindu" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Parisdə Hindistan Hərbi Dəniz Qüvvələri üçün "Rafale" qırıcı təyyarələri və "Scorpene" sualtı qayıqlarının alınması ilə bağlı sövdələşmələr bağlana bilər.
Prezident Modinin süni intellekt sammitində iştirak etmək üçün Parisə səfəri gözlənilir.
Həmçinin tərəflər müzakirənin son mərhələsində olan iki sövdələşmənin bağlanması üzərində işləyirlər.
Hindistan hökumətinin başçısı fevralın 10 və 11-də Fransada keçiriləcək sammitdə iştirak etmək üçün dəvət alıb.