Londonun ICE birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 2024-cü il oktyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 77 dolları ötüb.
Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 0,88% artaraq 77,15 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçersləri 0,59% artaraq bir barel üçün 74,4 dollar olub.