Şimali Koreyanın ballistik raketi 1100 km uçaraq Yapon dənizinə düşüb

09:27 - 6 Yanvar 2025 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinkenin Seula səfəri fonunda Şimali Koreya tərəfindən buraxılan ballistik raket təxminən 1100 km uçaraq Yapon dənizinə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, raket yerli vaxtla günorta radələrində Pxenyan ərazisindən Yapon dənizinə doğru buraxılıb. Cənubi Koreya ordusu raketin orta mənzilli ballistik raket olduğunu güman edir.

Xəbər xətti