Yanvarın 6-da ABŞ dövlət katibinin Seula səfəri zamanı KXDR tərəfindən buraxılan ballistik raket öz xüsusiyyətlərinə görə hipersəs raketini xatırladır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin zabitinə istinadən məlumat yayıb.
Cənubi Koreya tərəfinin məlumatına görə, yerli vaxtla günorta radələrində KXDR orta mənzilli olduğu güman edilən ballistik raketi Pxenyan ərazisindən Yapon dənizinə doğru atıb.
Bildirilir ki, o, təxminən 1100 km yol qət edib. Uçuş məsafəsi orta mənzilli raketlər üçün adi məsafələrdən 3 mindən 5,5 min km-ə qədər qısa olsa da, onun hipersəs döyüş başlığının quraşdırıldığı Şimali Koreyanın orta mənzilli raketlərinə bənzədiyi güman edilir.
Bu raketlər 2024-cü ilin yanvar və aprel aylarında istifadəyə verilib.
Agentlik qeyd edir ki, ehtimal təsdiqlənərsə, o zaman hazırkı buraxılışın uçuş məsafəsi KXDR-də analoji raketlərin sınağı zamanı ən böyük olacaq.