ABŞ Maliyyə Nazirliyi iddia edilən kiberhücumlara görə Pekində yerləşən Integrity Technology Group-a qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin verdiyi açıqlamaya görə, Integrity Technology Group Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqələri olan Çin hökumətinin əsas podratçısıdır.
Sənəddə qeyd edildiyi kimi, şirkət Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi və İctimai Təhlükəsizlik nazirliklərinin strukturlarına xidmət göstərir.
Dövlət Departamentinin məlumatına görə, Integrity Technology Group şirkəti Flax Typhoon haker qrupunun fəaliyyəti ilə bağlıdır.
Bildirilir ki, şirkət Çin hökumətinin göstərişi ilə hərəkət edib, onun hədəfi ABŞ-da və ölkə hüdudlarından kənarda kritik infrastruktur olub.