Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb

12:50 - 3 Yanvar 2025 - Xəbər

Süni tənəffüs aparatına qoşulmuş aktyor Azər Baxşəliyevin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.

O, qeyd edib ki, aktyorun vəziyyəti hələ də ağır olaraq qalır.

Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib./report

Xəbər xətti