Koreya Respublikasında polis dövlət başçısının həbsinə dair orderə etiraz edərək iqamətgahın girişini bağlayan prezident Yon Sok Yeol tərəfdarlarının oturaq aksiyasını dağıtmaq üçün məcburi tədbirlərdən istifadə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, 30-a yaxın etirazçı iqamətgahın girişində yolda oturaq aksiya keçirərək, hüquq-mühafizə orqanları həbs orderindən istifadə etmək qərarına gələndə prezidentin həbs olunmasının qarşısını almaq üçün polis kordonunu yarıblar.
Yonhap bildirir ki, polisin hərəkətləri çətin ki, prezidentin həbsi və axtarışı üçün order alan Korrupsiyaya Qarşı Mübarizə Departamenti ilə razılaşdırılıb.