Nazirliyə məxsus klub yandı

09:10 - 2 Yanvar 2025 - Mədəniyyət

Şəmkirdə yanğın hadisəsi baş verib.

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, kəndin Mədəniyyət Nazirliyinə məxsus klubunda anindən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürlüb, yaxınlığdakı tikilər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər xətti