İspaniya məhkəməsi ispan futbolçu Dani Olmo ilə bağlı yekun qərarını verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb. "Barselona" milli çempionat mövsümünün ikinci hissəsinə qeydiyyatdan məhrum edilib.
Olmonun İspaniya çempionatı üçün son qeydiyyat müddəti dekabrın 31-də başa çatıb.
Futbolçu mövsümün sonuna kimi kataloniyalıların heyətində oynaya bilməyəcəyi üçün klubu pulsuz tərk edə bilər. Bundan əlavə, Olmo İspaniya millisində oynamayacaq və Millətlər Liqasını və 2026-cı il dünya çempionatının seçmə mərhələsinin startını buraxacaq.
Mənbə iddia edir ki, Barselona Olmonu yalnız Camp Nou ev stadionunda VIP qutu satışı ilə bağlı razılaşma tez bir zamanda təsdiqlənərsə, saxlaya bilər.
26 yaşlı futbolçu yayda Almaniyanın "Leyptsiq"indən 55 milyon avroya alınıb.