İsrail aviaşirkəti 2025-ci il martın 31-dək Moskvaya uçuşları dayandırıb
Ucnoqta.az-ın məlumatına görə, bu barədə RİA Novosti aviaşirkətin nümayəndəsinə istinadən xəbər verir. İsrailin "El-Al" aviaşirkəti Azərbaycanın Embare 190 təyyarəsinin Aktauda qəzaya uğraması səbəbindən 2025-ci ilin mart ayının sonuna qədər Rusiyaya uçuşları qismən dayandırıb.
Agentliyin həmsöhbəti bildirib ki, qərar vəziyyətin tam təsəvvürünü əldə etmək üçün İsrail hakimiyyət orqanları ilə davamlı məsləhətləşmələrdən sonra qəbul edilib.
O, həmçinin söz verib ki, "El Al" yaxın gələcəkdə bütün dəyişikliklər barədə sərnişinləri açıq şəkildə xəbərdar edəcək.