Moskvaya uçan təyyarə Daşkənddə məcburi eniş edib

09:57 - 30 Dekabr 2024 - DÜNYA

Fərqanədən Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pis olması səbəbindən Daşkənd beynəlxalq hava limanına məcburi eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Limanlarının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın “Aeroflot” aviaşirkətinin Fərqanə-Moskva marşrutu ilə uçan SU1971 təyyarəsi Daşkənd hava limanında məcburi eniş edib.
Buna səbəb sərnişinlərdən birinin səhhətinin pis olması olub. 

Mətbuat xidməti əlavə edib ki, 1954-cü il təvəllüdlü sərnişin Daşkənddəki tibb müəssisələrindən birinə insult şübhəsi ilə xəstəxanaya yerləşdirilib və Rusiya aviadaşıyıcısının təyyarəsi Moskvaya uçub.

Xəbər xətti