Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Xaymə əmirliyi sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.
Əl-Cəzirə Aviasiya və İdman Klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında Rəs əl-Xaymə əmirliyi sahillərində qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin pilotu və bir sərnişin ölüb. Səlahiyyətlilər təyyarənin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün araşdırmaları davam etdirir.