Dekabrın 29-da səhər saatlarında Qırmızı dəniz sahilindəki Əs-Salif və Rəs-İsa limanları ərazisində yerləşən Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarının obyektləri havadan zərbələrə məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Əl-Hodeyda əyalətinin Es-Salif limanı yaxınlığında husilərin hədəflərinə azı dörd hava zərbəsi endirilib.
Ən azı iki hava hücumu üsyançıların Ras İsa limanındakı neft terminalı yaxınlığındakı kazarmalara endirilib.