AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə göndəriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 3 Azərbaycan vətəndaşının Aktau hava limanına çatdırılmasına köməklik göstərib.
Xəsarət alan üç nəfər Azərbaycan nümayəndə heyətinə təhvil verilib və onlar təyyarə ilə vətənlərinə aparılacaqlar.