Ödəmə terminalından 5 min manat oğurlayan şəxs saxlanılıb

10:00 - 30 Dekabr 2024 - HADİSƏ

Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti