Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Qəzanın baş verdiyi məkandan görüntü paylaşan ictimai fəal bildirib ki, avtomobil kirayə götürülüb və yüksək sürətlə idarə edilib. Belə ki, maşın əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.
Faktla bağlı müvafiq polis şöbəsində araşdırma aparılır.
***
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli “Qafqazinfo”ya bildirib ki, hadisəyə səbəb kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.