Muan fəlakət zonası elan edildi

10:17 - 29 Dekabr 2024 - DÜNYA

Koreya Respublikası prezidentinin səlahiyyətlərini icra edən baş nazirin müavini Çoi Sanq Mok bildirib ki, hökumət təyyarə qəzasının baş verdiyi Muan mahalını hökumətin köməyinə imkan verəcək xüsusi fəlakət zonası elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Cənubi Koreyanın Jeju Air şirkətinə məxsus Boeing 737-800 təyyarəsinin göyərtəsində 181 nəfər olub.
İndiyədək 120 nəfərin öldüyü təsdiqlənib. Səlahiyyətlilər etiraf edirlər ki, quyruq hissəsində olan iki ekipaj üzvü istisna olmaqla, gəmidə olan demək olar ki, hər kəs həlak olub.

Xəbər xətti