Qazaxıstan təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq eksperti dəvət edib

09:03 - 3 Yanvar 2025 - DÜNYA

Aktauda qəzaya uğrayan təyyarənin səbəblərini obyektiv araşdırmaq üçün hökumət komissiyası uçuş registratorlarını deşifrə üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana Tili” qəzetinə müsahibəsində bildirib.

Qazaxıstan həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsi də daxil olmaqla 17 beynəlxalq eksperti dəvət edib.

Tokayev əmin olduğunu bildirib ki, bu, təyyarə qəzasının səbəblərinin araşdırılmasında obyektivliyi və qərəzsizliyi təmin etmək üçün yeganə düzgün qərardır.

Xəbər xətti