Ənsar Allah qiyamçı hərəkatının husiləri Yəmənin Əl-Beydə əyaləti üzərində səmada Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Sariyanın sözlərinə görə, üsyançılar Yaxın Şərqdə eskalasiya başlayandan bu tipli 13 Amerika pilotsuz təyyarəsini məhv ediblər.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, hər cihazın qiyməti 30 milyon dollar qiymətləndirilir.