Putin 133 min nəfəri orduya çağırdı

16:00 - 28 Dekabr 2024 - DÜNYA

Rusiyada hərbi xidmətə payız çağırışı başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, prezident Putinin müvafiq fərmanı ilə 133 min nəfər hərbi xidmətə çağırılıb.

Qeyd edilir ki, payız kampaniyasının çağırışçıları xüsusi əməliyyat zonasına və Rusiya Silahlı Qüvvələrinin Donetsk, LPR, Xerson və Zaporojye vilayətlərindəki bölmələrinin yerləşdirmə məntəqələrinə göndərilməyəcək.

Xəbər xətti