Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, varisi Mixail Kavelaşvilinin andiçmə mərasimi ərəfəsində o, tərk etmək fikrində olmadığı iqamətgahda gecələyir.
Ucnoqta.az xəbər verir ki, o, tərəfdarlarını dekabrın 29-da saat 10:00-daiqamətgaha gəlməyə çağırıb və orada həmin və sonrakı günlər üçün planlarını açıqlayacaq. “Orbeliani sarayından salamlar. Mən buradayam, burada olacam və burada gecələyəcəm”, - Zurabişvili videomüraciətində bildirib.