Texniki baxış məntəqələri bayram günlərində işləyəcək

10:37 - 30 Dekabr 2024 - AVTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri xidmət göstərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirlib.

Məlumata görə, bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış şöbələri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.

Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Xəbər xətti