NATO Baltik dənizində hərbi mövcudluğunu artıracaq - Rutte

14:36 - 27 Dekabr 2024 - DÜNYA

Şimali Atlantika Alyansı sualtı kabellərin mümkün təxribatı səbəbindən Baltik dənizində hərbi mövcudluğunu artıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte X-də yazıb.

“Finlandiya Prezidenti Alexander Stubb ilə sualtı kabellərin mümkün təxribatı ilə bağlı Fin araşdırmasını müzakirə etdik. Tam həmrəyliyimi və dəstəyimi bildirdim. NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək”, - baş katib bildirib.

Xəbər xətti