Ümid edirik ki, prezident Salome Zurabişvilini dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra iqamətgahından zorla çıxarmaq və həbs etmək lazım olmayacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
“Salome Zurabişvilini və digər şəxsləri xəbərdar etmək bizim borcumuzdur, təkcə bizim hüququmuz deyil, borcumuzdur.
İstənilən hakimiyyət repressiyaya deyil, cinayətin qarşısının alınmasına yönəlməlidir. Bu işdə bizim vəzifəmiz cinayətin qarşısını almaqdır, ona görə də təbii ki, Salome Zurabişvilini xəbərdar etməliyik. Onu iqamətgahdan zorla çıxarıb cəzaçəkmə müəssisəsinə köçürsək, bu, çox pis mənzərə olacaq”, – Kobaxidze bildirib.