Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 13 pilotsuz uçan aparatı məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, 5 pilotsuz təyyarə Bryansk vilayəti, 3-ü Kursk vilayəti, 2-si Belqorod və Tula vilayətləri, 1-i isə Həştərxan vilayəti ərazisi üzərində vurulub.