Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı 

12:29 - 27 Dekabr 2024 - DÜNYA

Qazaxıstanın Qazaq Air aviaşirkəti təhlükəsizlik məqsədilə Astana - Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə daşıyıcının açıqlamasında deyilir.

“Qazaq Air" bu il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə uçuşları müvəqqəti dayandırmağa məcburdur.
Uçuşların dayandırılması sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşların risklərinin davamlı qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçirilib.

Aviaşirkət qeyd edib ki, ləğv edilmiş reysin sərnişinlərinə aviabiletlərin tam dəyəri geri qaytarılacaq və alternativ reyslərdə pulsuz yenidən bronlaşdırma təklif olunacaq.

Xəbər xətti