Litva Ukraynaya 11-ci humanitar yardım karvanını göndərib
Ucnoqta.az xəbər verir ki, bu barədə LRT milli radiosu məlumat yayıb.
Məlumata görə, humanitar yardımla yüklənmiş 30-dan çox maşın Ukraynaya soba, isti paltar, quru yemək və digər mülki yardımlar çatdıracaq.
Humanitar yardım karvanı Ukraynanın Beynəlxalq Dostları Fondu tərəfindən təşkil olunub.
Bu il analoji konvoylar Xarkov, Donetsk, Xerson və Sumi vilayətlərinə göndərilib.