Təyyarə qəzasında həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb

11:01 - 26 Dekabr 2024 - Xəbər

Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb, 7 nəfərin şəxsiyyəti müəyyən edilib. Hazırda hadisə yerində xilasetmə işləri Rusiya Federasiyasının Mərkəzi Əməliyyat Qərargahının qrupları tərəfindən aparılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Ölən 38 nəfərin cəsədi aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib, o cümlədən 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü”, - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, 7 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib. Fövqəladə Hallar Nazirliyi onu da xatırladıb ki, dekabrın 25-də Fövqəladə Hallar Nazirliyinin bir qrup xilasedicisi qara qutu aşkar edib.
Hadisə yerində 24 saatlıq növbətçilik təşkil edilib.

Xəbər xətti