Cümə axşamı Qəzza zolağına endirilən zərbələr nəticəsində azı 10 nəfər ölüb, ondan çox adam yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Times of Israel anklavın Səhiyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.
Həkimlər Qəzza şəhərinin Zeytun bölgəsində yaşayış binasının vurulması nəticəsində 5 nəfərin öldüyünü və 20 nəfərin yaralandığını bildirib.
Daha 30-a yaxın insanın dağıntılar altında ola biləcəyi qeyd edilir.