BƏƏ rəhbərliyi Azərbaycan liderinə başsağlığı məktubu ünvanlayıb

15:25 - 26 Dekabr 2024 - Xəbər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.

Ucnoqta.az xəbər verir ki, başsağılığında deyilir:

"Möhtərəm cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik".

BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da Azərbaycan Prezidentinə məktub ünvanlayıb.

""Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq", - məktubda vurğulanıb.

BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan isə öz məktubunda vurğulayıb: "Möhtərəm cənab Prezident. "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik".

Xəbər xətti