İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişməyib - Ermənistan XİN

14:44 - 14 Noyabr 2024 - DÜNYA

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun KTMT ölkələrinin diplomatları ilə görüşündə iştirakı İrəvanın təşkilatla bağlı mövqeyini dəyişmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a respublikanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“KTMT-nin fəaliyyətində iştirakın dondurulması məsələsində Ermənistan Respublikasının mövqeyi dəyişməyib”, - o, sualı cavablandırıb.

Xəbər xətti