Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb.
DİN əməkdaşı 2020-ci ilin 19 yanvarında 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib. Leytenant toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını - Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da Məhəmmədlə birlikdə toy qiyafəsi geyindirilib və bəylik kürsüsünə əyləşiblər. Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.
Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb. Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.
Qeyd edək ki, Tural Sofuyev ailəlidir, bir qız, bir oğlu var. /modern.az