İnfantino Ronaldonu təbrik etdi

00:01 - 24 İyun 2026 - İDMAN

FİFA prezidenti Canni İnfantino Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya Dünya Kubokunun qalan oyunlarında uğurlar arzulayıb.

Ucnoqta.az xəbər verir ki, İnfantino bunu İnstaqram səhifəsində yazıb.

"Kriştiano Ronaldonu altı Dünya Kubokunda qol vuran ilk oyunçu olması münasibətilə təbrik edirəm. Ona turnirin qalan hissəsində uğurlar arzulayıram", - deyə İnfantino yazıb.
Ronaldo Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda (5-0) Özbəkistana qarşı iki qol vurdu. O, altı Dünya Çempionatında qol vuran ilk oyunçu oldu.

Xəbər xətti