Netanyahu HƏMAS-la razılaşmanı qələbə adlandırıb

04:45 - 9 Oktyabr 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanı ölkəsinin “mənəvi qələbəsi” hesab edir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

"Qəzza sülh planının birinci mərhələsinin təsdiqi ilə bütün girovlarımız vətənə qayıdacaqlar. Bu, diplomatik uğur və İsrail Dövləti üçün milli və mənəvi qələbədir", - o, yazıb.

"Əvvəldən mən açıq şəkildə bildirdim: bütün girovlarımız qaytarılmayana və bütün məqsədlərimizə çatana qədər dincəlməyəcəyik. Sarsılmaz qətiyyət, güclü hərbi əməliyyat və böyük dostumuz və müttəfiqimiz Prezident Trampın böyük səyləri sayəsində biz bu kritik dönüş nöqtəsinə çatdıq", - Netanyahu əlavə edib.

Xəbər xətti