44 cinayətin üstü açılıb - 70 nəfər saxlanılıb

10:38 - 8 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Xəbər xətti