Leninqrad vilayətində saxta spirtli içkidən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 50-yə yaxınlaşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin “Telegram”da dərc etdiyi məlumatda deyilir.
Agentliyin məlumatına görə, Rusiya regionunda tərkibində metil spirti olan alkoqol qəbulu nəticəsində ən azı 45 ölüm halı qeydə alınıb.
Müstəntiqlər təhlükəli məhsul üçün qalan tədarük kanallarının müəyyən edilməsi də daxil olmaqla, insidentin baş vermə şəraitini araşdırmağa davam edir.