Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva bıçaqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında paylaşım edib.
"Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - o bildirib.
Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev isə cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü açıqlayıb.