İndoneziya sahillərindəki Yava dənizinə böyük bir meteorit düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 6-da “Jakarta Globe” Milli Tədqiqatlar və İnnovasiyalar Agentliyinin (BRIN) məlumatlarına istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, meteorit Yava dənizinə düşməzdən əvvəl yerli vaxtla 18:35-18:39 arasında cənub-qərbdən Kuningan və Cirebon şəhərləri üzərində səma üzərində uçub.