Hələbdə kürdlərlə Suriya ordusu arasında toqquşma baş verib

00:18 - 6 Oktyabr 2025 - DÜNYA

Şərqi Hələb vilayətində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının döyüşçüləri ilə Suriya ordusu arasında toqquşmalar baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sham TV məlumat yayıb.

Telekanalın məlumatına görə, tərəflər artilleriya və raket zərbələri mübadiləsi aparır. Hökumət qüvvələri onları Rakka, Deyr əz-Zor və Hələb əyalətlərində SDF-nin nəzarətində olan ərazilərlə birləşdirən bütün quru yollarını bağlayıb.

Öz növbəsində Əl-İxbariyyə telekanalı xəbər verir ki, SDQ Deyr əz-Zor əyalətində Fərat çayının şərq və qərb sahillərini birləşdirən keçidləri bağlayır.

Suriya keçid hökumətinin Müdafiə Nazirliyi dəfələrlə kürdləri əldə edilmiş razılaşmaları yerinə yetirməyə, Hələb və ətrafını atəşə tutmağı dayandırmağa çağırıb. SDF komandanlığı öz növbəsində hökumətyönlü qüvvələr sıralarında fəaliyyət göstərən “intizamsız qrupları” təxribatlarda ittiham edib.

Xəbər xətti