Bələdiyyə seçkilərində bülletenlərin 100%-i hesablandıqdan sonra hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından Tbilisi merliyinə namizəd Kaxa Kaladze 71,621% səs toplayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan məlumatda deyilir.
“Güclü Gürcüstan” və “Qaxariya” müxalifət partiyalarının Gürcüstana namizədi İrakli Kupradze 12,275% səs toplayaraq ikinci olub.
İlk üçlüyü 7,624% səslə “Girçi” libertar partiyasının namizədi İaqo Xviçia tamamlayıb.