Ermənistan Respublikasının ərazisindən kənarda vətən axtarmağı dayandırmalıyıq.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bidlirib ki, bu ərazi erməni xalqının rifahı və inkişafı üçün kiçik bir ərazi deyil.
"Bu gün onlarla yaşayış məntəqəmiz boşdur və bütövlükdə dövlət az əhalilidir.
Bu, sülhün olmaması və vətənin dövlət, kimliyin dövlət, təhlükəsizliyin isə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət olduğunu anlamaqdan irəli gəlirdi. Bu anlayışa əsaslanaraq, erməni xalqı əbədi sürgün və sərgərdanlıq məntiqindən azad olmalıdır.
Ermənistan Respublikası hazırkı ərazisində 5 və ya 10 milyon erməniyə ev sahibliyi edə bilər. Sinqapurun ərazisi Sevan gölünün üçdə ikisindən azdır, lakin 5,5 milyon əhaliyə ev sahibliyi edir, çünki dövlət təhsil, özünüdərk, sülh və insan mərkəzli istəklər üzərində qurulub.
"İtirilmiş vətən"in tarixi sərhədləri daxilində qaytarılmasına və tarixi ədalətin bərpasına çağıran qüvvələr Ermənistanı 1878-ci il San Stefano Konfransının yoluna qoyurlar. Bu yolun qaçılmaz son nöqtəsi dövlətçiliyin və vətənin itirilməsidir".